01:51
0°C
Bakı
Avstraliyanın Sidney şəhərində keçmiş UFC döyüşçüsü Suman Moxtaryan güllələnib.
Moderator.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, naməlum şəxs "Audi" avtomobilindən atəş açaraq hadisə yerindən uzaqlaşıb.
31 yaşlı Moxtaryan həkimlərin cəhdlərinə baxmayaraq, hadisə yerindəcə ölüb.
Polis sui-qəsdlə əlaqədar cinayətkar qruplaşma ilə mümkün bağlantını araşdırır.
Xatırladaq ki, Moxtaryanı 2024-cü ilin fevralında da güllələməyə cəhd ediblər.