01:16
0°C
Bakı
ABŞ senatorları altıncı dəfədir ki, hökumətin bağlanmasına faktiki son qoymaq üçün qanun layihəsini qəbul edə bilməyiblər.
Moderator.az xəbər verir ki, ABŞ Senatının iclası “C-Span” tərəfindən yayımlanıb.
Hökumətin maliyyələşdirilməsini davam etdirəcək qanun layihəsini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Qanun layihəsinin qəbulu üçün isə 60 səs lazımdır.
Qeyd edək ki, oktyabrın 1-də Senat büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün ABŞ hökuməti fəaliyyətini dayandırdı. Səbəb Demokratlar və Respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub.