02:42
0°C
Bakı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, düşmən radiolokasiya sistemləri haqqında kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulmuş təyyarə Moskva ilə artan gərginlik fonunda Rusiyaya yaxın ərazilərdə dövrə vurarkən müşahidə edilib.
Moderator.az xəbər verir ki, bu barədə mənbələr istinadən “Daily Mail” məlumat verib.
Uçuş məlumatlarına əsasən, “Boeing RC-135 Combat Sent” adlı kəşfiyyat təyyarəsi çərşənbə axşamı səhər tezdən İngiltərədən havaya qalxıb, Baltik ölkələrinin üzərindən keçərək bir neçə dəfə Polşa və Litva arasında yerləşən Rusiya eksklavı Kalininqrad ətrafında dövrə vurub, sonra isə İngiltərəyə qayıdıb.