İrem Dericinin vəkili:
Dünya
561
19:50, Bu gün

İrem Dericinin vəkili: "Bir ildir siqaret belə çəkmir"

Türkiyədə məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyat üzrə istintaq davam edir.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan məşhur türkiyəli müğənni İrem Dericinin vəkili Ayşegül Mermer məsələ ilə bağlı açıqlama verib.

"Bir çox sənətçi və aktyorların ifadələri alınır. Onların arasında müvəkkilim İrem Derici də var. Hazırda ifadə verirlər. Müvəkkilim son bir ili siqaret belə çəkməyən insandır. İddia edildiyi kimi, qadağan olunmuş maddədən istifadə etmək və ya qadağan olunmuş maddədən istifadəni təşviq etmək kimi bir cinayət əsla törətməyib. Onsuz da hesabat açıqlandığı zaman bu ortaya çıxacaq. Dosyedə məxfilik qərarı var. Detalları görə bilmirik. Yaxın saatlarda təsdiqlənmiş məlumatları əldə etdikdən sonra daha dəqiq məlumat verə biləcəyəm. Hazırda saxlanılma prosesi deyil, ifadələri alınır. Ölkə xaricində olanlar qayıtdıqları zaman onların da ifadələri alınacaq", - deyə Ayşegül Mermer qeyd edib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə ittihamı üzrə İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Dilan Polat, Engin Polat, Metin Akdülger ve Ceren Moray barəsində istintaq başladıb. İstintaq çərçivəsində şübhəlilər ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıb.

38 yaşlı İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə İstanbulun Şişli rayonundakı evində saxlanılıb.

Link kopyalandı!
Son xəbərlər