İsrailin saxladığı Qlobal Sumud Flotilyasının iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları da var.
Moderator.az-ın məlumatına görə, bu barədə xarici işlər naziri Hakan Fidan bildirib.
Türkiyəli nazir deyib ki, İsraildə saxlanılan aktivistlərin Türkiyəyə gətirilməsi istiqamətində intensiv işlər aparılır:
“Bizə verilən məlumata əsasən, hazırda flotilyada 144 aktivist var. Onlardan 21 nəfəri Türkiyə vətəndaşıdır. Həmin şəxslər arasında 3 millət vəkilimiz də var. Vətəndaşlarımızın təxliyəsi üçün İsrail üzrə məsləhətçimiz danışıqlar aparır. Gecə saatlarında gəmilər Aşdod limanına yan aldıqdan sonra vətəndaşların təxliyəsinə başlanacaq”, – Hakan Fidan qeyd edib.
Qeyd edək ki, Qlobal Sumud Flotilyası Qəzzaya humanitar yardım aparıb.