21:48
0°C
Bakı
Almaniyalı meri öz qızı bıçaqlayıb.
Moderator.az ABC News-a istinadən xəbər verir ki, Almaniyanın Herdeke şəhərinin meri İris Stalzerin bıçaqlanması ilə bağlı araşdırma aparan müstəntiqlər onun yeniyetmə qızı tərəfindən bıçaqlandığı qənaətinə gəlib.
Stalzerin evində iki bıçaq tapılıb ki, bunların da hadisə zamanı istifadə olunduğu müəyyən edilib.
Hadisədən sonra merin 15 yaşlı oğlu və 17 yaşlı qızı saxlanılıb. Stalzer sorğu-sual zamanı öz qızını ittiham edib.
Bildirilir ki, merin həyati təhlükəsi yoxdur.