Hakan Fidan:
Dünya
451
19:28, Bu gün

Hakan Fidan: "İsrail-HAMAS danışıqları müsbət nəticələnsə, atəşkəs elan olunacaq"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə İsrail-HAMAS danışıqlar prosesinə münasibət bildirib.

Moderator.az xəbər verir ki, Hakan Fidan Ankarada rəsmi səfərdə olan suriyalı həmkarı Həsən Əl-Şeybani ilə görüşdən sonra birgə mətbuat konfransında Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının da bu müzakirələrdə iştirak etdiyini deyib.

O qeyd edib ki, əgər müzakirələr müsbət nəticələnərsə, yaxın saatlarda İsrail və HAMAS arasında atəşkəs elan oluna bilər.

Nazir vurğulayıb ki, girovların mübadiləsi də bu danışıqlardan asılıdır. Belə ki, tərəflər arasında razılıq olarsa, girov mübadiləsi də həyata keçirilə bilər.

Link kopyalandı!
Son xəbərlər