Bizi sosial şəbəkələrdən izləyin:
Yaponiya Milli Meteorologiya İdarəsi Sakit okeanın ucqar İzu adalarına yaxınlaşmaqda olan "Xalon" tayfunu barəsində xüsusi xəbərdarlıq elan edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
İdarənin təmsilçisi mətbuat konfransında bildirib ki, bu rayonda indiyədək görünməmiş şiddətli küləklər və güclü dalğalar gözlənilir, buna görə də son dərəcə ayıq-sayıq olmaq lazımdır.
Xüsusi xəbərdarlıq Yaponiyada ciddi təbii fəlakət təhlükəsini nəzərdə tutan ən yüksək xəbərdarlıq səviyyəsi hesab edilir. Yapon meteoroloqlar tayfunun hərəkət trayektoriyası dəyişəcəyi təqdirdə xəbərdarlıq zonasının genişlənəcəyini istisna etmirlər.
"Xalon" tayfununun 20 min əhalisi olan İzu adalarına oktyabrın 9-na keçən gecə çatacağı gözlənilir. Sürüşmələr və daşqın təhlükəsi barədə xəbərdarlıq alan yerli sakinləri təxliyə mərkəzlərinə toplaşırlar.