Türkiyənin Antalya bölgəsində turizm sektorunun tanınmış simaları İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən maliyyə cinayətləri və kriptovalyuta araşdırmaları çərçivəsində saxlanılıb.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Antalyanın Serik rayonunda çox sayda hotelin sahibi, hotellər qrupunun İdarə Heyətinin sədri H.D. və Kemerdə lüks obyektləri olan holdinqin idarə heyətinin sədri İ.L. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları tərəfindən nəzarət altına alınıb.
Bildirilir ki, şübhəlilərlə yanaşı, 4 hotel meneceri də dindirilmək üçün İstanbula aparılıb.
Çirkli pulların yuyulması ilə bağlı ayrıca aparılan araşdırmada isə beynəlxalq turoperator N.K. və onun bacısı E.K. saxlanılıb, İstanbula aparılaraq dindirilib, hazırda bu istiqamətdə istintaq davam edir.
Qeyd edilir ki, turizm sərmayələri ilə bu sahədə tanınan adların bir-birinin ardınca saxlanması Antalyanın turizm ictimaiyyətində böyük əks-səda yaradıb.