İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”nı da saxlayıb
Dünya
286
10:10, Bu gün

İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”nı da saxlayıb

İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”na daxil olan gəmiləri Aralıq dənizində, beynəlxalq sularda saxlayıb.

Moderator.az xəbər verir ki, İsrail hərbçiləri gəmilərə yaxınlaşaraq göyərtəyə qalxıblar.

Gəmilərdə qida və tibbi ləvazimatların olduğu bildirilir. İsrail Xarici İşlər Nazirliyi gəmilərin və aktivistlərin saxlanıldığını təsdiqləyib. Gəmi və sərnişinlərin İsrail limanlarına transfer edildiyi vurğulanıb.

Donanmaya daxil olan şəxslərin sağlamlıqlarının yerində olduğu, onların ən qısa zamanda deportasiya ediləcəyi bildirilib.

Link kopyalandı!
Son xəbərlər