Türkiyədə bir qrup tanınmış müğənni saxlanılıb - YENİLƏNİB
Dünya
425
09:35, Bu gün

Türkiyədə bir qrup tanınmış müğənni saxlanılıb - YENİLƏNİB

Türkiyədə bir qrup tanınmış müğənni narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb.

Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb.

Məlumatlarda ümumilikdə 19 nəfərin saxlanıldığı, onların arasında Hadisə, Berrak Tüzünataç kimi adların da yer aldığı qeyd olunub.

09:20

Türkiyədə narkotik istifadəsini təşviq etmək ittihamı ilə saxlanılanların sayı 19 nəfər olub.

Moderator.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, onlar arasında İrem Dericidən başqa, Simge Sağın, Hadise, Berrak Tüzünataç və Kubilay Aka da var.

09:25

Məşhur türkiyəli müğənni, 38 yaşlı İrem Derici narkotik istifadəsini təşviq etmək ittihamı ilə İstanbulda, Şişlidəki evində saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı İstanbul Baş Prokurorluğu yayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər