13:28
0°C
Bakı
Tayvanda 5 bal gücündə zəlzələ baş verib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumatına yayıb.
Bildirilib ki, 5 bal gücündə zəlzələ Tayvanın şərqindəki Hualien qraflığında səhər saat 7:52-də (Bakı vaxtı ilə 3:52) qeydə alınıb.
İdarənin məlumatına görə, zəlzələnin episentri qraflığın mərkəzi Hualien şəhərindən təxminən 7 km qərbdə yerləşib. Zəlzələnin episentri 6.1 km dərinlikdə yerləşib.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.