Fransa prezidenti Emmanuel Makron çərşənbə günü axşam bəyanatla çıxış edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Le Figaro” mənbələrə istinadən məlumat verib.
Qəzetin yazdığına görə, dövlət başçısı bu bəyanatı hazırkı böhrandan çıxış yolu ilə bağlı siyasi partiyalarla məsləhətləşmək üçün istefa verən baş nazir Sebastien Lekornyuya verdiyi 48 saatlıq müddətdən sonra verəcək.
Qəzet həmçinin Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılmasının mümkünlüyünü istisna etməyib.
İddialara görə, bunu Makronun çərşənbə axşamı Senatın spikeri Jerar Larşe və Milli Assambleyanın sədri Yael Bron-Pivet ilə görüşləri göstərir.
Bu cür məsləhətləşmələr Fransa Konstitusiyasının 12-ci maddəsində aşağı palatanın buraxılmasından əvvəl nəzərdə tutulub.