Boşanan Cennifer Lopez və Ben Afflek bir yerdə
Dünya
195
19:35, Bu gün

Boşanan Cennifer Lopez və Ben Afflek bir yerdə

Amerikalı aktrisa və müğənni Cennifer Lopez ilə Hollivud aktyoru Ben Afflek, rəsmi olaraq boşansalar da, gözlənilməz şəkildə birlikdə görünüblər.

Cütlük yenidən ictimaiyyət qarşısına birgə çıxıb və bu, təsadüfi deyil, mühüm bir hadisə münasibətilə baş verib.

Oktyabrın 6-da Nyu-Yorkda “Hörümçək qadının öpüşü” adlı müziklin premyera öncəsi nümayişi keçirilib.

Cennifer Lopez filmdə əsas rollardan birini ifa edib, Ben Afflek isə icraçı prodüser qismində çıxış edib.

Дженнифер Лопес и Бен Аффлек / © Associated Press

Keçmiş həyat yoldaşları tədbirə birlikdə gəliblər. Onlar məmnuniyyətlə kameralar qarşısında poz verib və səmimi şəkildə bir-birləri ilə söhbət ediblər, - xəbərdə vurğulanır.

Filmin nümayişindən əvvəl Cennifer Lopez mətbuat qarşısında çıxış edib. Ulduz Ben Afflekə açıq şəkildə təşəkkürünü bildirib və qeyd edib ki, bu film onun köməyi olmadan ərsəyə gələ bilməzdi:

“Bu axşam burada olan hər kəsə çox təşəkkür edirəm. Təşəkkürlər, Ben, bu film sən və Artist Equity (prodüser şirkəti – red.) olmasaydı, çəkilməzdi”, – sənətçi bildirib.

Qeyd edək ki, Ben Afflek və Cennifer Lopezin romantik hekayəsi hələ 2002-ci ildə başlayıb. O zaman cütlük görüşür, hətta nişanlanmışdı, lakin sonradan münasibətlərini bitirmişdilər. 20 il sonra onlar bir-birlərinə ikinci şans vermişdilər. 2022-ci ilin yayında cütlük evlənmişdi. Lakin 2024-cü ildə “barışmaz fikir ayrılıqları” səbəbilə boşanıblar.

Yaxın günlərdə Cennifer Lopez Ben Afflekdən boşanmanın ona necə təsir göstərdiyini açıq şəkildə etiraf edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər