Londonda İrana məxsus bina müsadirə olundu - VİDEO
Dünya
421
19:00, Bu gün

Londonda İrana məxsus bina müsadirə olundu - VİDEO

Böyük Britaniyanın Apelyasiya Məhkəməsi İran Milli Neft Şirkətinin Londondakı binasının müsadirə olunması barədə ötən ilin aprel ayında çıxarılmış hökmü qüvvədə saxlayıb.

Moderator.az "Azad İran"a istinadən xəbər verir ki, məhkəmə həmçinin İran Milli Neft Şirkətinin Londondakı binasına həbs qoyulması ilə bağlı etirazını rədd edib.

Londonun mərkəzində yerləşən və "İran Milli Neft Şirkətinin Evi" kimi tanınan 100 milyon funt sterlinq və ya 125 milyon dollar dəyərində olan ofis-kommersiya binası İran Milli Neft Şirkətinin borcunun bir hissəsi kimi Birləşmiş Ərəb Əmirliklərinin "Kresent Petroleum" şirkətinə təhvil veriləcək. Məhkəmə sənədlərinə görə, İran Milli Neft Şirkətinin "Kresent" şirkətinə 2,6 milyard dollar borcu var.

Sözügedən bina Londonun Viktoriya küçəsində, Britaniya Parlamenti və tarixi Vestminster Abbatlığı ilə üzbəüz bahalı ərazidə yerləşir və 50 ilə yaxındır ki, İran Milli Neft Şirkətinə məxsusdur. Bina hazırda boşdur, lakin əvvəllər orada kommersiya kirayəçiləri və dövlət idarələri yerləşib. Bina həmçinin bir vaxtlar Böyük Britaniyanın keçmiş maliyyə naziri Norman Lemontun və keçmiş xarici işlər naziri Cek Strounun sədrlik etdiyi Britaniya-İran Ticarət Palatasının ofisi kimi də istifadə olunub.

 

Link kopyalandı!
Son xəbərlər