23:04
0°C
Bakı
İranda İranşəhr-Sarbaz avtomobil yolunda yanacaqdaşıyan iki avtomobil toqquşub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
Qəzaya yolun əlverişsiz olması və yüksək sürətin səbəb olduğu ehtimal edilir. Maşınlar benzin daşıdıqları üçün yanğın və partlayış baş verib.
Qeyd olunur ki, Sistan və Bəlucistan əyalətində baş verən oxşar qəzalar regionun təhlükəli yolları və çətin iqtisadi şəraitlə bağlıdır.