İranın hökumət nümayəndəsinin mətbuat konfransı yarımçıq kəsildi - VİDEO
Dünya
445
18:30, Bu gün

İranın hökumət nümayəndəsinin mətbuat konfransı yarımçıq kəsildi - VİDEO

İran hökumətinin nümayəndəsi Fateme Mohadceraninin səhhəti pisləşdiyi üçün keçirdiyi mətbuat konfransı yarımçıq dayandırılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Mətbuat konfransında iştirak edən jurnalistlərin ilkin məlumatına görə, Mohadcerani tədbir zamanı özünü pis hiss edib və nəfəs almaqda çətinlik çəkdiyini bildirib. O, səhhətinin bərpa olunması üçün qısa fasilə verilməsini istəyib, lakin daha sonra görüş davam etdirilməyib.

Rəsmi mənbələr hələlik Mohadceraninin səhhəti ilə bağlı əlavə məlumat verməyib.

Link kopyalandı!
Son xəbərlər