21:03
0°C
Bakı
Almaniyada Herdecke şəhərinin meri İris Ştaltsere bıçaqlı hücum edilib.
Moderator.az-ın məlumatına görə, bu barədə "Der Spiegel" nəşri yazır.
Bildirilir ki, 57 yaşlı Ştaltserin vəziyyəti kritikdir. Siyasətçi çoxsaylı yaralar alıb.
O, Sosial-Demokrat Partiyasından namizəd kimi seçilmişdi və bundan qısa müddət sonra hücuma məruz qalıb.
Hücum edənin şəxsiyyəti və motivləri haqda hələlik heç nə məlum deyil.
Polis təfərrüatları açıqlanmayan böyük əməliyyat keçirir.