18:56
0°C
Bakı
Rusiyada məhkəmə teleaparıcı Tatyana Lazarevanın xarici agent olaraq öhdəliklərini yerinə yetirməkdən yayındığı üçün qiyabi olaraq yeddi il azadlıqdan məhrum edilməsinə dair hökm verib.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Daha əvvəl prokurorun teleaparıcıya ümumi rejimli həbsxanada yeddi il cəza təyin edilməsi barədə vəsatət qaldırdığı bildirilmişdi.
Məlumata görə, teleaparıcı bu il özünün "Telegram" kanalında materiallar dərc edərkən xarici agent işarəsini qoymayıb.
Qeyd edək ki, Lazareva Rusiyada xarici agent kimi tanınaraq terrorçular və ekstremistlər reyestrinə salınıb.
Tatyana Lazareva Rusiyada tanınmış aktrisa, müğənni, ictimai xadim və keçmiş "KVN"çidir. O, 2016-cı ildən İspaniyanın Marbelya şəhərində yaşayır.