Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
Dünya
522
14:55, Bu gün

Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür

"Agentlik" layihəsinin araşdırmaçı jurnalistləri Roman Badanin və Mixail Rubin Vladimir Putin və Alina Kabayevanın oğullarına Spiridonov soyadı verildiyini bildiriblər.
 
Moderator.az Musavat.coma istinadla xəbər verir ki, jurnalistlərin sözlərinə görə, rəsmi sənədlərdə Putin və Kabayevanın övladları İvan və Vladimir Spiridonov kimi göstərilib. Ehtimallara görə, soyad prezidentin babası Vladimir Spiridonoviç Putinin şərəfinə seçilib.
 
Müəlliflər qeyd edirlər ki, Putinin ilk evliliyindən olan qızları Katerina Tixonova və Mariya Vorontsova da uydurma soyadlar altında yaşayırlar. Tixonovanın soyadı, onların fikrincə, anası nənəsi Yekaterina Şkrebnevanın atasının adından gəlir.
 
Kitabda deyilir ki, prezident Kabayeva və onların uşaqları tez-tez Valday iqamətgahında vaxt keçirirlər. “Proyekt” xəbər agentliyinin daha əvvəl verdiyi məlumata görə, orada onlar üçün ayrıca ev, SPA kompleksi, uşaq meydançası, park salınıb.
 
Agentliyin jurnalistləri onu da aydınlaşdırıblar ki, İvan və Vladimir Spiridonovlar vaxtaşırı ictimaiyyət qarşısına çıxırlar və onların fotoşəkilləri ilk dəfə “Çar şəxsən” kitabında dərc olunub.
 
Bundan əvvəl "Dossier" nəşri Putin və Kabayevanın oğullarının İvan və Vladimir adlandığını, lakin soyadlarınının Putin olduğunu yazmışdı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər