Dövlət Bağçalı:
Dünya
323
14:49, Bu gün

Dövlət Bağçalı: "28 fevral bəyanatının tam şəkildə arxasındayıq"

"Siyasət həyata keçiriləcəksə, bütün silahlar yandırılmalıdır".
 
Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.
 
Dövlət Bağçalı terrorsuz Türkiyə prosesi ilə bəzi açıqlamalar verib.
 
"Siyasət həyata keçiriləcəksə, bütün silahlar yandırılmalıdır. Biz hamımız birlikdə Türkiyəyik, hamımız türk millətiyik. Cinayətdə əli olmayan kim varsa, gəlib ailəsinə qovuşmalıdır. Kürd qardaşlarım terrordan ən çox əziyyət çəkən bir tarixə malikdir. PKK-nın qurucu lideri məsuliyyəti üzərinə götürüb. PKK təşkilati mövcudluğunu ləğv edib. İmralı çağırışı PKK ilə yanaşı separatçı təşkilatın bütün komponentlərini əhatə edir. PKK-nın qurucu rəhbərliyi də SDG və YPG-yə eyni çağırışı etməlidir. Lazım gələrsə, komissiya üzvləri İmralıya getməlidir. Biz 28 fevral bəyanatının tam şəkildə arxasında dayanmışıq. Şəhid ailələrimiz narahat olmasın, onların başlarını aşağı salmasına qətiyyən imkan vermərik", - deyə Dövlət Bağçalı qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər