P.Diddi əfv olunmasını Trampdan xahiş edib
Dünya
187
11:55, Bu gün

P.Diddi əfv olunmasını Trampdan xahiş edib

ABŞ Prezidenti Donald Tramp amerikalı repçi və prodüser P.Diddinin (əsl adı - Şon Kombs) dörd ildən çox həbs cəzasına məhkum olunduqdan sonra ondan əfv istədiyini təsdiqləyib.
 
Bu barədə TASS məlumat yayıb.
 
"Bir çox insan məndən əfv istəyib. Mən onu Paff Deddi (Kombsun yaradıcı təxəllüslərindən biri - red.) adlandırıram, o məndən onu əfv etməyimi istəyib", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
 
Prezident təfərrüatı açıqlamayıb, xüsusilə də, musiqiçini əfv etməyə hazır olub-olmadığını dəqiqləşdirməyib. Qeyd olunur ki, əfv haqqında xahişi Trampa Kombsun yaxın tanışı çatdırıb və o bu məsələni prezidentə birbaşa çıxışı olan Ağ Ev əməkdaşı ilə müzakirə edib. Söhbət keçən həftə, hökm elan olunduqdan dərhal sonra baş tutub.
 
Xatırladaq ki, oktyabrın 3-də Nyu-York məhkəməsi Kombsu cinsi istismarla məşğul olmaq üçün insanların daşınmasına görə dörd ildən çox həbs cəzasına məhkum edib. Kombsun müdafiəçiləri 14 aylıq həbs müddəti xahiş edib, prokurorluq isə 11 ildən çox azadlıqdan məhrumetmə cəzasında təkid edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər