Ruben Vardanyan Rusiyadakı daha bir biznesini satdı
Dünya
445
11:37, Bu gün

Ruben Vardanyan Rusiyadakı daha bir biznesini satdı

Hazırda Azərbaycanda həbsdə olan erməniəsilli iş adamı Ruben Vardanyan Rusiyadakı avtomobil biznesindən tamamilə çəkilib. O, "Atom" adlı elektromobil layihəsindəki payını satıb.
 
Oxu.Az bu barədə "Kommersant"a istinadla xəbər verir.
 
Bildirilir ki, Vardanyana məxsus "Vosxod" MMC-dəki 25 faizlik pay - "Kama" şirkətinin əsas səhmdarı birbaşa həmin cəmiyyətin özünə keçib.
 
Bununla da "Vosxod"un səhmdarları "KamAZ"ın baş direktoru Sergey Koqoqin (37,5%) və "Spektr" MMC (37,5%) qalıblar.
 
Qeyd olunur ki, 2024-cü ilin payızında Vardanyan artıq "KamAZ"ın da səhmdarları sırasından çıxmışdı.
 
Ekspertlər hesab edirlər ki, onun "Atom" layihəsindən çıxması hazırda düşdüyü mürəkkəb vəziyyətlə bağlıdır - Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycanda saxlanılıb və hazırda həbsdədir.
 
"Kama" şirkəti "Atom" elektromobilinin ilin sonuna qədər "Moskviç" zavodunda kütləvi istehsalına başlamağı planlaşdırır. Avtomobilin qiymətinin dövlət dəstəyi nəzərə alınmadan 3-4 milyon rubl olacağı gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər