Məşhur
Dünya
111
16:25, Bu gün

Məşhur "ekstrasens" Kaşpirovski xəstəxanaya yerləşdirilib

Özünü ekstrasens adlandıran və 90-cı illərdə "distant müalicə" üsulları ilə məşhurlaşan rusiyalı psixoterapevt Anatoli Kaşpirovski Moskvada xəstəxanaya yerləşdirilib.

Moderator.az bu barədə "112" "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilir ki, onun onkoloji xəstəliyi kəskinləşib və radiasiya (şüa) terapiyası kursu keçəcək.

Bununla yanaşı, Kaşpirovskinin nümayəndələri onun hazırda sanatoriyada olduğunu bildiriblər. Lakin xəstəliyin kəskinləşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməkdən imtina ediblər.

Qeyd edək ki, sovet dövrünün ən böyük fırıldaqçılarından hesab olunan Kaşpirovski televiziya vasitəsilə "sehrli" seanslar keçirərək, insanları sağaltdığını iddia edirdi.

Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər