KİV: Parisdə
Dünya
108
16:00, Bu gün

KİV: Parisdə "Siri" ilə bağlı "Apple"a qarşı araşdırma başlanılıb

Fransada Paris prokurorluğu, ABŞ korporasiyası "Siri" səs köməkçisinin fəaliyyəti ilə bağlı "Apple"a qarşı araşdırmaya başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, araşdırma Kibercinayətkarlıqla Mübarizə Şöbəsinə (Ofac) həvalə edilib və "Siri" köməkçisi vasitəsilə "Apple" şirkətinin qeyri-qanuni olaraq istifadəçilərin minlərlə söhbətinin yazılması ehtimalı ilə bağlıdır. Məlumata görə, araşdırma "Apple"ın keçmiş podratçısının işçisinin ifadələri əsasında tərtib edilmiş şikayətdən sonra başlanılıb.

"Apple" heç vaxt "Siri"nin məlumatlarını marketinq profilləşdirməsi üçün istifadə etməyib, onları reklam xidmətlərinə ötürməyib və üçüncü tərəflərə satmayıb", - deyə "Apple"ın Fransadakı nümayəndəsi bildirib.

Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər