Bizi sosial şəbəkələrdən izləyin:
Çeçenistan rəhbəri Ramzan Kadırov 49 yaşında ikinci dəfə “Çeçenistan Respublikasının Qəhrəmanı” fəxri adına layiq görülüb.
Moderator.az xəbər verir ki, yerli qanunvericiliyə əsasən, bu adı verən sərəncamı Çeçenistan rəhbərinin özü imzalamalıdır.
Mükafatı ona Çeçenistan Parlamentinin sədri Maqomed Daudov Qroznıda yeni hökumət kompleksinin açılışı zamanı təqdim edib.
31 oktyabr 2022-ci il tarixli sərəncama görə, “Çeçenistan Qəhrəmanı” titulu respublikanın ən yüksək dövlət mükafatı sayılır və “xüsusi xidmətlərə və qəhrəmanlıq igidliyinə görə” verilir.
Bununla belə, sənəddə bu adın bir şəxsə ikinci dəfə verilə biləcəyi barədə qeyd yoxdur.