Bizi sosial şəbəkələrdən izləyin:
İsfahan əyalətinin Ərdəstan şəhərində bu gün səhər saatlarında zəlzələ baş verib.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bununla bağlı İsfahan əyalətinin Böhranla Mübarizə İdarəsinin rəisi Mənsur Şişeforuş məlumat verib.
Onun sözlərinə görə, Rixter cədvəli ilə 3.5 bal gücündə baş verən təbiət hadisəsi saat 04:56-da qeydə alınıb.
Şişeforuş qeyd edib ki, son üç gün ərzində bölgədə baş vermiş əsas zəlzələdən sonra 10-dan çox yeraltı təkan müşahidə olunub.