Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi yaxınlığında baş verən iğtişaşlar üçün nəzərdə tutulmuş külli miqdarda silah-sursat olan anbar aşkarlayıblar.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Laşa Maqradze brifinqdə bildirib.
Aşkar edilmiş silahlar və partlayıcı qurğular Tbilisi yaxınlığındakı meşəlik ərazidə gizlədilib. Təhlükəsizlik xidmətləri partlayıcı qurğunu hazırlayan şəxsi saxlayıb.
Faktla bağlı qanunsuz olaraq odlu silah və partlayıcı maddələrin əldə edilməsi və saxlanması ilə bağlı cinayət işi açılıb. Hadisə ilə bağlı digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.