Putin:
Dünya
309
15:30, Bu gün

Putin: "Tomaqawk" raketlərinin Kiyevə tədarükü Rusiya-ABŞ münasibətlərini korlayacaq"

"Ukraynanın "Tomaqawk" raketləri ilə təmin edilməsi qərarı veriləcəyi təqdirdə, bu, Rusiya-ABŞ münasibətlərində müsbət tendensiyaların məhvinə səbəb olacaq".
 
Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışından sonra jurnalist Pavel Zarubinə deyib.
 
Rusiya lideri xəbərdarlıq edib ki, bu cür hərəkətlər Rusiya-Amerika münasibətlərinin pozulmasına gətirib çıxaracaq.
 
"Mən artıq demişəm ki, bu, bizim münasibətlərimizin, hər halda, bu münasibətlərdə yaranmış müsbət meyillərin məhvinə gətirib çıxaracaq. Ona görə də düşündüklərimi deyirəm. Orada hadisələrin necə inkişaf edəcəyi yalnız bizdən və yalnız məndən asılı deyil", - Putin deyib.
 
Link kopyalandı!
Son xəbərlər