Gürcüstanda hakim partiya seçkidə bütün bələdiyyələr üzrə qalib gəlib
Dünya
487
14:48, Bu gün

Gürcüstanda hakim partiya seçkidə bütün bələdiyyələr üzrə qalib gəlib

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası bələdiyyə orqanlarına deputat və mer seçkilərində bütün bələdiyyələr üzrə qalib gəlib.
 
Moderator.az bildirir ki, bu barədə protokolların 100%-i emal edildikdən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda deyilir.
 
Məlumata görə, "Gürcü arzusu" ölkə üzrə 81%-dən çox səs toplayıb. Hakim partiya bütün şəhər və rayon məclislərində çoxluq əldə edib.
 
Tbilisidə hakim partiyadan mer vəzifəsinə namizəd Kaxa Kaladze səslərin 71.61%-ni toplayıb.
 
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkisi keçirilib.
Link kopyalandı!
Son xəbərlər