Texasda atışma - İki uşaq ölüb, ikisi yaralanıb
Dünya
189
04 Oct 2025 | 23:28

Texasda atışma - İki uşaq ölüb, ikisi yaralanıb

Texasın Anqlton şəhəri ətrafında yük maşınları üçün dayanacaqda baş verən atışma iki uşağın ölümü ilə nəticələnib, daha iki nəfər xəsarət alıb.

"Report"un "ABC News"a istinadən verdiyi məlumata görə, bu barədə Brazoria dairəsinin şerif aparatı "Facebook"da məlumat yayıb.

"İlkin məlumata görə, 13 və 4 yaşlı iki uşaq həlak olub, 8 və 9 yaşlı daha iki uşaq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ağırdır", - bəyanatda qeyd olunur.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları atəş açmaqda şübhəli bilinən qadını saxlayıb. Hadisənin təfərrüatları araşdırılır.

Link kopyalandı!
Son xəbərlər