00:44
15°C
Bakı
HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə qarşı həyata keçirdiyi hücum ciddi məxfilik şəraitində planlaşdırılıb və əməliyyatın dəqiq vaxtı hətta yüksəksəviyyəli müttəfiqlərdən də gizli saxlanılıb.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani bildirib.
"Maraqlısı budur ki, nə bizə, nə "Hizbullah" lideri Həsən Nəsrullaha, nə də HƏMAS lideri İsmayıl Haniyə bu əməliyyatın vaxtı barədə məlumat verilmişdi. Qəzza əməliyyatı başladıqda İsmayıl Haniyə İraqa səfər etmək üçün hava limanına gedirdi və geri döndükdən sonra xəbər tutdu", - Qaani vurğulayıb.