00:56
15°C
Bakı
Tbilisidə etiraz aksiyaları keçirilir. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.
Hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.
Etirazçılar hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.
(Qafqazinfo)