Qəzza planını müzakirə etmək üçün Misirə getdilər
Dünya
370
04 Oct 2025 | 20:05

Qəzza planını müzakirə etmək üçün Misirə getdilər

ABŞ Prezidenti Donald Trampın elçiləri Cared Kuşner və Stiv Uitkoff Qəzza planının təfərrüatlarını müzakirə etmək üçün Misirə yola düşüblər.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Qeyd olunur ki, onlar sabah keçiriləcək həlledici danışıqlarda iştirak edəcəklər.

Danışıqlarda əsirlərin azad olunması üçün görüləcək tədbirlər, Qəzza zolağındakı müharibənin dayandırılması yolları və davamlı sülh sazişinə nail olunması məsələləri müzakirə olunacaq.

Link kopyalandı!
Son xəbərlər