18:09
21°C
Bakı
Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Kareliyada Rusiyanın “Qrad” tipli kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat oktyabrın 4-də yerli vaxtla saat 04:31-də Oneqa su hövzəsində baş verib.
Xüsusi təyinatlılar 21631 nömrəli “Buyan-M” kiçik raket gəmisini Baltikdən Xəzər dənizinə doğru hərəkətdə olarkən vurublar.
Zərbə gəmiyə ciddi ziyan vurub. Hazırda əlavə təfərrüatlar müəyyənləşdirilir.
“Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. 2022-ci il dekabrın 29-da Baltik Donanmasına istismara verilib. Gəminin əsas silahı Kalibr-NK raket sistemidir.