Təqaüdçü 24 nəfəri zəhərləyib
Dünya
505
15:10, Bu gün

Təqaüdçü 24 nəfəri zəhərləyib

Maqdeburqdan (Almaniya) olan təqaüdçü evinin zirzəmisində siçovul əleyhinə zəhər saxlayaraq qaz sızmasına səbəb olub. Nəticədə 24 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs əvvəllər dezinfeksiyaçı işləyib və zirzəmidə köhnə pestisidlər saxlayıb.

Zərərçəkənlərin bəzisi xəstəxanaya yerləşdirilib. Maqdeburq polisi təqaüdçünün təhlükəli maddələrlə ehtiyatsız davranması ilə bağlı araşdırmalara başlayıb.

Link kopyalandı!
Son xəbərlər