Mourinyo və
Dünya
256
14:10, Bu gün

Mourinyo və "Benfika"nın futbolçuları virusa yoluxublar

"Benfika" Portuqaliya premyer liqasında "Portu" ilə matçdan əvvəl böyük problemlərlə üzləşib.

Moderator.az "A Bola"ya istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo da daxil olmaqla bir neçə futbolçu və məşqçi heyəti virusa yoluxub.

Premyer Liqanın reqlamentinə əsasən, komandalardan biri oyun üçün qapıçı da daxil olmaqla minimum 13 oyunçunu qeydiyyatdan keçirə bilmədikdə matç təxirə salına bilər. Oyunçuların xəstəliyi isə Portuqaliya səhiyyə orqanları tərəfindən təsdiqlənməlidir.

Bildirilib ki, "Benfika" rəhbərliyi hazırda matçı təxirə salmağı düşünmür. Lissabon klubu cari vəziyyəti o qədər də ciddi hesab etmir.

Xatırladaq ki, "Benfika"nın 17 xalı var və klub turnir cədvəlində üçüncüdür. "Portu" isə 21 xalla liqaya başçılıq edir.

Link kopyalandı!
Son xəbərlər