15:31
24°C
Bakı
Adı açıqlanmayan 13 yaşlı rusiyalı xizəkçi alpinist dopinqə görə diskvalifikasiya edilib.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İdmançının dopinq testi Kirovda xizək üzrə Rusiya Bahar Çempionatında müsbət nəticə verib. Onun orqanizmində qadağan olunmuş prednizolon maddəsi aşkar edilib.
İdmançı antidopinq qaydalarını pozduğuna görə altı ay müddətinə diskvalifikasiya edilib. O, 28 fevral 2026-cı ildə yarışlara qayıtmaq hüququ qazanacaq.