17:09
23°C
Bakı
Bu gün Əhvaz şəhərində altı məhbus edam edilib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran Məhkəmə-Ədliyyə Sisteminin Mətbuat Xidmətinə istinadla xəbər verir.
Bildirilir ki, onlar milli təhlükəsizliyə qarşı fəaliyyət, İsraillə əməkdaşlıq, silahlı hücumlar və partlayışların təşkilində günahlandırılıblar.
Rəsmi məlumata görə, edam edilən şəxslərin adları açıqlanmasa da, onlara FƏRACA (İran Polis Komandanlığı) qüvvələrinin üzvlərinin qətlə yetirilməsi, Xürrəmşəhrdə yanacaqdoldurma məntəqəsində partlayış, banklara silahlı hücum, hərbi mərkəzə qumbara atmaq və məscidlərə atəş açmaq kimi ittihamlar da irəli sürülüb.