13:47
24°C
Bakı
ABŞ administrasiyası 2026-cı ildə ölkə üzrə qaçqın qəbulunu rekord aşağı həddə - 7500 nəfərədək azaltmağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, bu limitin əhəmiyyətli bir hissəsi ağdərili cənubi afrikalılar və "ədalətsiz ayrı-seçkiliyə məruz qalan digər qruplar" üçün ayrılacaq.
Qeyd edək ki, Bayden administrasiyası zamanı limit 125 min nəfərə çatdırılmışdı.