Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının görünməsi səbəbindən fəaliyyətini yenidən dayandırıb.
Moderator.az-ın məlumatına görə, bu barədə "Reuters" hava limanının təhlükəsizliyinə istinadən məlumat yayıb.
"Münhen hava limanında hər iki uçuş-enmə zolağı bağlıdır", - agentlik hava limanının sözçüsündən sitat gətirib. Pilotsuz uçuş aparatlarının görünməsinin hava limanının bağlanmasına səbəb olub-olmadığı hələ aydın deyil.
Münhen Federal Polis İdarəsinin sözçüsü Tomas Borovik Bild qəzetinə deyib: "Biz mümkün pilotsuz uçan aparatların fəaliyyəti ilə bağlı xəbərləri araşdırırıq. Təhlükəsizliyə görə hava hərəkətinə nəzarət 21:28-də (Bakı vaxtı ilə 23:28) uçuşları dayandırıb".
Münhen Hava Limanının mətbuat xidməti həmçinin bildirib ki, uçuşlar ehtiyat tədbiri olaraq növbəti xəbərdarlığa qədər dayandırılıb.
Oktyabrın 2-də axşam saatlarında Münhen Beynəlxalq Hava Limanından uçuşlar bir neçə naməlum pilotsuz təyyarənin aşkarlanması ilə əlaqədar dayandırılıb.