14:56
24°C
Bakı
İtaliyanın Berqamo şəhərinin hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları mədəsində 120 heroin kapsulunu keçirməyə cəhd göstərən 46 yaşlı rumınəsilli qadını saxlayıblar.
Moderator.az bu barədə "Il Messaggero" nəşrinə istinadən xəbər verir.
Dindirilmə zamanı qadın səyahəti ilə bağlı ümumi və ziddiyyətli izahatlar verib. Onun baqajının olmaması və həyəcanlı davranışı da şübhələri artırıb.
Berqamodakı xəstəxanada aparılan rentgen müayinələri qadının ümumi çəkisi 1.393 kq heroin olan 120 plastik kapsul udduğunu təsdiqləyib.
Kapsullar götürüldükdən sonra narkotik vasitə müsadirə edilib, qadın isə həbs edilərək Berqamo həbsxanasına yerləşdirilib.