Tunisdə prezidenti tənqid edən paylaşımına görə kişi edam cəzasına məhkum edilib
Dünya
324
03 Oct 2025 | 22:23

Tunisdə prezidenti tənqid edən paylaşımına görə kişi edam cəzasına məhkum edilib

Tunisdə 56 yaşlı Saber Şuşan sosial şəbəkələrdəki paylaşımında ölkə Prezidenti Kays Saidi tənqid etdiyinə görə ölüm cəzasına məhkum edilib.

Moderator.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

Şuşanın vəkil Ussama Butalcanın sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs siyasi fəal deyil, o, həbsdən əvvəl sadəcə prezidentin siyasətindən narazılığını ifadə edən aztəhsilli işçidir.

Qeyd edək ki, Tunisdə ölüm cəzaları nadir hallarda tətbiq olunur və 30 ildən çoxdur ki icra edilmir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər