Rusiyada təyyarə qəzası: Ölənlər var
Dünya
312
17:34, Bu gün

Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyanın Krasnoyarsk diyarının Yermakovski rayonunda "An-2" təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, insident Bakı vaxtı ilə saat 14 radələrində baş verib. Təyyarənin göyərtəsində iki nəfər varmış və onlar həlak olublar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin bildirdiyinə görə, hadisə ilə bağlı cinayət işi açılıb.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən hava nəqliyyatı təhlükəsizliyi qaydalarının pozulması" maddəsi üzrə cinayət işi qaldırılıb", - deyə məlumatda bildirilib.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər