00:37
16°C
Bakı
"Avropa Siyasi Birliyinin növbəti 8-ci sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək".
Moderator.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram" kanalında yazıb.
"İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana dəvət etmişəm. Onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir", - deyə o bildirib.
Qeyd edək ki, qurumun ilk sammiti 2022-ci ilin oktyabrında Praqada keçirilib.