“Qərb Ukraynada sülh istəmir” – Rusiya Tokayevin səfərinə hazırlaşır
Dünya
277
18:41, Bu gün

“Qərb Ukraynada sülh istəmir” – Rusiya Tokayevin səfərinə hazırlaşır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bir sıra aktual məsələlərlə bağlı açıqlamalar verib.

Zaxarovanın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və onun Qərb tərəfdaşları münaqişənin sülh yolu ilə həllinə iradə göstərmir və siyasət hələ də Moskva ilə qarşıdurmaya yönəlib. O əlavə edib ki, Rusiya uşaqların valideynləri ilə birləşdirilməsi üçün bütün zəruri addımları atır və bu barədə Zelenskinin məlumatı var.

Rusiya XİN nümayəndəsi Moldovadakı parlament seçkilərinə də toxunaraq bildirib ki, nəticələr cəmiyyətdə parçalanmanı daha da dərinləşdirib və bu prosesə “Qərbyönlü qüvvələrin təsiri” səbəb olub.

Zaxarova “Avropa üçlüyü”nün (Fransa, Almaniya, Britaniya) İrana qarşı sanksiyalarını “manipulyasiya” adlandıraraq, bu qərarların hüquqi baxımdan heç bir əhəmiyyət daşımadığını vurğulayıb.

O, həmçinin qeyd edib ki, Moskva Çexiyanın rus diplomatlarına giriş qadağası ilə bağlı hələ rəsmi bildiriş almayıb.

Brifinqdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxın günlərdə Moskvaya planlaşdırılan səfərinə də toxunulub. Bildirilib ki, səfər zamanı humanitar məsələlər müzakirə olunacaq və bir sıra sənədlər imzalanacaq.

Oktyabrın 7-də isə Moskvada “Moskva formatı” çərçivəsində Əfqanıstan üzrə məsləhətləşmələr keçiriləcək. Görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov və Əfqanıstanın xarici işlər naziri iştirak edəcəklər.

Bundan əlavə, Lavrov 9 oktyabrda Düşənbədə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında da iştirak edəcək.

 

(Azpolitika)

Link kopyalandı!
Son xəbərlər