ABŞ-də iki sərnişin təyyarəsi toqquşub: Yaralanan var
Dünya
372
16:56, Bu gün

ABŞ-də iki sərnişin təyyarəsi toqquşub: Yaralanan var

ABŞ-də "Delta Airlines" aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub.

Moderator.az bu barədə "ABC News" telekanalına istinadla məlumat verib.

Hadisə Nyu-Yorkun La-Quardia aeroportunda uçuş zolağında qeydə alınıb. Aviaşirkətin açıqlamasına görə, Virciniya ştatının Roanok şəhərinə uçuşa hazırlaşan təyyarənin qanadı Şimali Karolina ştatının Şarlott şəhərindən gələn təyyarənin gövdəsinə toxunub.

Hadisə zamanı bort bələdçisi xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

 

Link kopyalandı!
Son xəbərlər