Dünya
690
16:19, Bu gün

"Beyaz köşk"ü satın alan milyarderin kimliyi məlum oldu

FETÖ qaçağı Akın İpekə məxsus, İstanbulun Bebek rayonundakı tarixi "Beyaz köşk"ü satın alan milyarderin kimliyi məlum olub.

Məlumata görə, 1 milyard 116 milyon lirəyə satılan "Beyaz köşk"ün yeni sahibi tekstil və dənizçilik sənayesinin tanınmış simalarından olan Ali Bekmezci olub.

Qeyd edək ki, FETÖ-nün maliyyə işləri üzrə məsul şəxs kimi tanınan və 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra Türkiyədəki var-dövlətinə həbs qoyulan iş adamı Akın İpekə məxsus, möhtəşəm mənzərəyə malik İstanbul boğazındakı "Beyaz köşk" dördüncü hərracda satılıb.

Ali Bekmezci son illərdə tekstil sektorunda böyüyən "BEKS Çorap ve iç giyim" şirkətinin, eləcə də İstanbulda yerləşən və "Beks Shipping" gəmiçilik şirkətinin sahibidir.

Qeyd edək ki, "Beyaz Köşk" boğazın ən bahalı tikililərindən biri hesab olunur.

 

(Haber Global)

 

Link kopyalandı!
Son xəbərlər