İran casusluğa görə cəzanı sərtləşdirən qanunu qəbul etdi
Dünya
611
14:47, Bu gün

İran casusluğa görə cəzanı sərtləşdirən qanunu qəbul etdi

İran Konstitusiyasının İcrasına Nəzarət Şurası (Şura-ye Negəhban) parlamentin casusluğa və düşmən ölkələrlə əməkdaşlığa görə cəzanın artırılması haqqında qərarını təsdiqləyib, daha əvvəl ictimaiyyətin böyük narahatlığına səbəb olmuş qanun rəsmən qüvvəyə minib.
 
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Nəzarət Şurasının sözçüsü Hadi Təhan Nazif özünün "X" sosial şəbəkəsində xəbər verib.
 
O bildirib ki, qanun layihəsinə parlament tərəfindən edilən düzəlişlərdən sonra sənəd şəriət standartlarına və konstitusiya prinsiplərinə uyğun hesab edilərək təsdiqlənib.
 
Qanun layihəsi İsrail və İran arasında gərginliyin artdığı, hərbi toqquşmaların baş verdiyi bir vaxtda - münaqişənin başlanmasından cəmi dörd gün sonra qəbul edilib. İyunun 29-da ictimaiyyətə təqdim edilən bu sənəd ümumilikdə doqquz maddədən ibarətdir.
 

 

Link kopyalandı!
Son xəbərlər