Kral ailəsində növbəti skandal - Qardaşı mərasimə qatılmayacaq
Dünya
232
00:27, Bu gün

Kral ailəsində növbəti skandal - Qardaşı mərasimə qatılmayacaq

Britaniya kral ailəsində yeni skandal baş qaldırıb.

III Çarlzın qardaşı şahzadə Endryu və onun keçmiş həyat yoldaşı Sara Ferquson Kraliça Sarayında keçiriləcək Milad mərasimində iştirak etməyə bilər.

Məlumata görə, III Çarlz açıq şəkildə bildirib ki, Endryu və Ferqusonun bu mərasimdə olmasından məmnun olmayacaq. Səbəb isə onların Ceffri Epşteynlə əlaqələrinə dair açıqlanan qalmaqallardır.

Əlavə olaraq, Sara Ferquson krallıq daxilində saxtakarlıqla ittiham olunur. O, əvvəlcə Epşteynlə heç bir əlaqəsi olmadığını bildirsə də, sonradan onun Epşteynə yazdığı məktub ortaya çıxıb. Məktubda o, Epşteynə “xeyirxah dost” adını verib.

Qeyd edək ki, taxtın varisi, şahzadə Uilyam atasına dəstək verir və Endryunu monarxiya üçün potensial təhlükə hesab edir.

 

(Qafqazinfo)

Link kopyalandı!
Son xəbərlər